Bakı üçün · yeni açılır

Zalını tap.
Yoldaşını tap.
Tək məşq etmə.

Eyni saatda məşq edən adamı tap. Müəllimə sorğu göndər, təyin etdiyi proqramı telefonunda gör, zalda QR ilə check-in et. SPOT ödəniş qəbul etmir — qiymətlər yalnız məlumat üçündür.

Google Play və App Store-da tezliklə Necə işləyir
Pulsuz
həmişə, tam
Texnika
videosu icmadan
Yoldaş
eyni zalda
məşq edən
9:41
Kəşf
Zallar
Müəllim
Yoldaş
İndi zalda 12 nəfər
12 nəfər burada
Iron Bay
45 ₼
0.4 km · 6:00–24:00 · 4.8
Volt Gym
1.1 km · 24 saat
60 ₼
9:41
Fasilə
24:18
Bitir
Ştanqla sinə pressi
Hərəkət 3 / 6 · hədəf 8–10
1
70 kq · 10
2
72.5 kq · 9
3
72.5 kq · 8
Tural da məşqdədir
Pull günü
Problem

Zala başlamaq niyə bu qədər çətindir?

01
Axtarış dağınıqdır
Zalların qiyməti Instagram DM-də, iş saatı bio-da, rəylər isə heç yerdə. Hansı zalın hansı avadanlığı var — bilinmir.
02
Nə edəcəyini bilmirsən
Müəllim tutmağa pul çatmır. YouTube-da yüz video var, hansı sənə uyğundur — məlum deyil. Səhv formada zədə alırsan.
03
Tək qalırsan
Ağır setdə spot verən yoxdur, gəlmək istəmədiyin gün səni çağıran yoxdur. 3 həftədən sonra ardıcıllıq itir.
Necə işləyir

Dörd addım — 90 saniyə

Qeydiyyatda yalnız 4 sual: məqsəd, səviyyə, qrafik, zal. Bu cavablar həm proqramı, həm yoldaş təkliflərini qurur.

Addım 1
Zalını seç
Qiymət, iş saatı, avadanlıq, rəylər. 1 günlük keçidlə risksiz sına.
Addım 2
Zalda QR oxut
Streak başlayır, zalda kim olduğunu görürsən, rəy yazmaq hüququ açılır.
Addım 3
Yoldaş tap
Eyni zal, eyni saat, uyğun səviyyə. «Birlikdə məşq» təklif et.
Addım 4
Proqramla məşq et
Setləri qeyd et, çəkilər özü artır. Müəllimin öz texnika videosunu hərəkətə bağlaya bilər.
Məşq yoldaşı

Dating deyil. Uyğunluq məşq datasından hesablanır.

Zal, saat, günlər, səviyyə, məqsəd. Foto və cins heç bir çəki daşımır. Kartda niyə uyğun olduğunuz açıq yazılır.

Tural, 26
92%
Iron Bay · orta · əzələ kütləsi
Eyni zal · Iron Bay
Eyni saat · B.e/Ç/C 19:00
Eyni məqsəd · əzələ kütləsi
Texnika videoları

Texnikanı göstərən video — hərəkətin özünə bağlı.

Müəllim proqramdakı hərəkətə 30 saniyəlik video əlavə edir: «bunu belə et». Şagird onu məşq ekranında görür.

Ştanqla sinə pressi
Elvin Q.
0.5x
Ən çox edilən səhv
Beli çox qaldırmaq və ştanqı sıçratmaq.
Challenge və leaderboard
Zal daxilində rəqabət, zallar arası liqa. Nəticələr QR check-in ilə doğrulanır.
Müəllimlə yazışma
Sorğu qəbul olunandan sonra çat açılır. Proqramını, sualını, videonu orada danışırsan.
Progress və streak
Şəxsi rekordlar, həftəlik həcm, streak. Məşq tarixçən yalnız sənə görünür.
Təhlükəsizlik
Yazışma yalnız qarşılıqlı razılıqdan sonra açılır; müəllimə isə bir mesaj yazırsan və cavab gələnə qədər ikincisi getmir. Blok, şikayət, gizli profil. Dəqiq lokasiya heç vaxt paylaşılmır.
Müəllimlər üçün

Şagird axtarmağı dayandır. Onlar səni tapsın.

Doğrulanmış profil, şəffaf qiymət, birbaşa sorğu. Ödənişi şagirdlə birbaşa özün həll edirsən — SPOT ödəniş qəbul etmir. Şagirdin real datası — çəki, RPE, zədə qeydi — sənin ekranında.

Sorğu və yazışma tətbiqin içində · nömrəni verməyə ehtiyac yox
Proqramını yerləşdir · SPOT komissiya götürmür
Şagird risk siqnalı · paket yarımçıq qalmasın
Qiyməti sən təyin edirsən · ödəniş app-dan kənarda
Tətbiqdə: Profil → Məşqçi ol
Zallar üçün

SPOT zala pulsuzdur. Yeni üzv gətirir.

Profilini idarə et, 1 günlük keçid sat, doluluq statistikasını gör, gedən üzvü vaxtında xəbər tut.

Profil
zalını axtarışda
görünən et
0 ₼
abunə haqqı
komissiya da yoxdur
QR
check-in ilə real
doluluq datası
Liqa
zallar arası reytinq
marketinq aləti kimi
Tətbiqdə: Profil → Zal əlavə et
Qiymət

SPOT pulsuzdur

Zal axtarışı, yoldaş tapma, proqramlar, hərəkət videoları, məşq qeydi — hamısı pulsuzdur və elə qalacaq. SPOT app-da ödəniş qəbul etmir.

Hər şey
0 ₼
həmişə
Bütün zallar və müəllimlər
Yoldaş tapma · bütün filtrlər
Proqramlar və hərəkət videoları
Məşq qeydi, streak, challenge
Zal kataloqu və check-in
Müəllim və zal qiymətlərini özləri təyin edir və ödəniş birbaşa onlara, app-dan kənarda edilir. SPOT nə ödəniş qəbul edir, nə də komissiya götürür — app-dakı qiymətlər yalnız məlumat üçündür.
FAQ

Tez-tez verilən suallar

Cavabını tapmadınsa dəstəyə yaz — oxuyuruq.

SPOT tanışlıq tətbiqidir?
Xeyr. Uyğunluq yalnız məşq parametrlərindən — zal, saat, günlər, səviyyə, məqsəd — hesablanır. Foto və cins heç bir çəki daşımır, əsas düymə «Birlikdə məşq»dir. Bu qaydayı pozan hesablar bağlanır.
Zala yazılmamışam, app mənə lazımdır?
Bəli. Kəşf-də yaxınlıqdakı zalları qiymətə, iş saatına və reytinqə görə müqayisə edə, müəllim tapa bilərsən. Proqramla məşq etmək və məşq tarixçəni aparmaq üçün zal lazım deyil — evdə və ya açıq havada da işləyir. Zal seçəndə orada eyni saatlarda məşq edən yoldaşlar görünür.
Kim mənim profilimi görür?
Yoldaş axtaranlar yalnız məşq məlumatını görür: zal, saat, səviyyə, məqsəd. Parametrlərdə «Zalda göründüyümü göstər» söndürülsə, zalın siyahısında görünmürsən. Söhbət yalnız hər iki tərəf məşq təklifini qəbul edəndə açılır. Çəki ölçmələrin, tərəqqi şəkillərin və mesajların yalnız sənindir — onları SPOT komandası da görmür.
Müəllimlər necə doğrulanır?
Müəllim profilini hər kəs yarada bilər və o, Kəşf-də dərhal görünür. Mavi «Doğrulanmış müəllim» nişanı isə yalnız sertifikat və sənədlərini göndərən, SPOT komandasının yoxlayıb təsdiqlədiyi müəllimlərdə olur. Sənədlər yalnız yoxlama üçündür və heç kimə göstərilmir.
Zalımı necə əlavə edim?
Tətbiqdə Profil → Parametrlər → «Zal hesabı yarat». Zalın adını, qiymətini və iş saatlarını yazıb xəritədə yerini qeyd edirsən. Zal moderator baxandan sonra Kəşf-də görünür; sahibliyini təsdiqləmək üçün VÖEN göndərirsən. Qoşulmaq pulsuzdur, SPOT komissiya götürmür.
Android versiyası olacaq?
Bəli. SPOT həm Android, həm iPhone üçün hazırlanır — hər ikisi tezliklə Google Play və App Store-da olacaq.

Bu həftə birinci məşqin.
Tək olmayacaqsan.

Yükləmə pulsuzdur, qeydiyyat 90 saniyə çəkir.

Google Play-də tezliklə App Store-da tezliklə